...

Azərbaycanda yol polisi narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 12 fakt aşkar edib

Hadisə Materials 30 Aprel 2011 13:09 (UTC +04:00)
Azərbaycanda yol polisi bu ilin birinci rübündə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 12 fakt aşkar edib.
Azərbaycanda yol polisi narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 12 fakt aşkar edib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda yol polisi bu ilin birinci rübündə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 12 fakt aşkar edib.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, aşkarlanmış faktlar üzrə 6 kq 626 qram (o cümlədən 6 kq 618 qram marixuana, 7,933 qram heroin) narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb.

Hesabat dövründə DYP əməkdaşları tərəfindən axtarışda olan 8 nəfər yaxalanıb, 1 ədəd Kalaşnikov avtomatı, 1 ədəd pnevmatik tüfəng, 622 ədəd müxtəlif kalibrli patron aşkar edilərək istintaq orqanlarına təhvil verilib.

Xəbər lenti

Xəbər lenti