...

Azərbaycanda "Piyadalar, diqqətli olun!" şərti adı altında keçirilən hərəkətin təhlükəsizliyi həftəliyi başa çatıb

Hadisə Materials 10 May 2011 11:58 (UTC +04:00)
Azərbaycanda keçirilən "Piyadalar, diqqətli olun!" şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi başa çatıb
Azərbaycanda "Piyadalar, diqqətli olun!" şərti adı altında keçirilən hərəkətin təhlükəsizliyi həftəliyi başa çatıb

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda "Piyadalar, diqqətli olun!" şərti adı altında keçirilən hərəkətin təhlükəsizliyi həftəliyi başa çatıb.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Kamran Əliyev çərşənbə axşamı Trend-ə bildirib ki, mayın 1-dən 7-dək respublika ərazisində "Piyadalar, diqqətli olun!" şərti adı altında keçirilən hərəkətin təhlükəsizliyi həftəliyi ərzində piyadaların vurulması ilə nəticələnən 25 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 6 nəfər ölüb, 21 nəfər yaralanıb. Qeydə alınan qəzalardan 12-si paytaxtda baş verib. Nəticədə 1 piyada ölüb, 13 nəfəri isə yaralanıb. Tədbir ərzində yol hərəkəti qaydalarını pozduğuna görə 985 piyada inzibati məsuliyyətə cəlb edilib.

Xəbər lenti

Xəbər lenti