...

Bakıda saxta dərs vəsaitləri aşkar edilib

Hadisə Materials 21 May 2011 14:04 (UTC +04:00)
Bakıda saxta dərs vəsaitləri aşkar edilib.
Bakıda saxta dərs vəsaitləri aşkar edilib

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda saxta dərs vəsaitləri aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Mirfazil Əliyevə məxsus "Bilik" mağazasında saxta yolla çap edilmiş 342 ədəd müxtəlif fənlər və siniflər üzrə test tapşırıqları və dərs vəsaitləri aşkar edilib.

İdarə əməkdaşları Bakı şəhərində - metronun "Elmlər Akademiyası" stansiyasının çıxışında yerləşən Sumqayıt şəhər sakini Yaqub Məhərrəmova məxsus kitab köşkündə kustar üsulla nəşr olunmuş 110 ədəd test bank jurnalları və metronun "20 Yanvar" stansiyasının girişində Bakı şəhər sakini Qalib Cəfərova məxsus köşkdə isə 142 ədəd müxtəlif fənlər və siniflər üzrə test tapşırıqları aşkar edərək götürüblər.

Hər 3 faktla əlaqədar araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti