...

Yol qəzaları 6 nəfərin xəsarət alması, bir nəfərin ölümü ilə nəticələnib

Hadisə Materials 11 İyun 2011 12:10 (UTC +04:00)
Ağstafa rayonu ərazisində rayon sakini Seymur Haqverdiyevin idarə etdiyi "VAZ-2106" markalı, Qazax rayon sakinləri Abbasqulu Abbasovun idarə etdiyi "VAZ-2107" markalı və Qüdrət Pirməmmədovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşublar.
Yol qəzaları 6 nəfərin xəsarət alması, bir nəfərin ölümü ilə nəticələnib

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Yol qəzaları 6 nəfərin xəsarət alması, bir nəfərin ölümü ilə nəticələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ağstafa rayonu ərazisində rayon sakini Seymur Haqverdiyevin idarə etdiyi "VAZ-2106" markalı, Qazax rayon sakinləri Abbasqulu Abbasovun idarə etdiyi "VAZ-2107" markalı və Qüdrət Pirməmmədovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşublar.

Xəsarət almış Haqverdiyev və sərnişini - atası Qasım, habelə Abbasov xəstəxanaya yerləşdiriliblər. Qasım xəstəxanada ölüb, digərlərinin vəziyyətləri isə orta-ağırdır.

Qobustan rayonu ərazisində isə Nabur kənd sakinləri Mahir Məhəmmədovun idarə etdiyi "VAZ-21011" markalı və Rahib Şeydayevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub.

Nəticədə Şeydayevin xəsarət almış sərnişinləri - atası Abbasəli və anası Fənarə, habelə Məmmədovun sərnişinləri Fəxri Məhəmmədov və Validə Məhəmmədova xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta ağırdır.

Xəbər lenti

Xəbər lenti