...

Tacikistanda futbol azarkeşləri ilə milis arasında qarşıdurma zamanı partlayış baş verib

Hadisə Materials 15 İyun 2011 12:09 (UTC +04:00)
Tacikistanın Qulyab (ölkənin cənubu) şəhərində futbol azarkeşləri qarşıdurma yaradıblar, saxlanılan və xəsarət alanlar var.
Tacikistanda futbol azarkeşləri ilə milis arasında qarşıdurma zamanı partlayış baş verib

Azərbaycan, Bakı, 15 iyun /Trend/

Tacikistanın Qulyab (ölkənin cənubu) şəhərində futbol azarkeşləri qarşıdurma yaradıblar, saxlanılan və xəsarət alanlar var. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "İnterfaks"a Tacikistanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Onun sözlərinə görə, dünən axşam "Rövşən" (Qulyab) futbol klubu "İstiqlal" (Düşənbə) komandasına minimal hesabla uduzub ki, bu da yerli azarkeşlərin narazılığına və qarşıdurma yaratmalarına səbəb olub.

"Milisin güc tətbiq etməklə azarkeşləri stadiondan çıxarmağa cəhd etdiyi bir vaxtda bir qrup gənc milis kordonunu yarmağa çalışıb. Dərhal bir neçə partlayış səsi eşidilib. Təcili yardım maşınları zərərçəkənlərin olduğundan xəbər verir", - mənbə bildirib.

Xəbər lenti

Xəbər lenti