...

Türkiyə paytaxtında partlayış baş verib

Hadisə Materials 5 İyul 2011 11:34 (UTC +04:00)
Bu gün Türkiyə vaxtı ilə saat 07:40-da Ankarada partlayış baş verib.
Türkiyə paytaxtında partlayış baş verib

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Bu gün Türkiyə vaxtı ilə saat 07:40-da Ankarada partlayış baş verib. Trend-in məlumatına görə, xəbəri "Sabah" qəzeti yayıb.

İlkin məlumatlara görə, partlayış Ankara-Əskişəhir şosesində hərbi maşınlar keçərkən baş verib.

Hadisə yerinə təcili yardım maşınları göndərilib. Həlak olanlar barədə hələlik məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti