...

Ağcabədidə ağır yol qəzası olub, bir nəfər ölüb

Hadisə Materials 9 İyul 2011 12:46 (UTC +04:00)
Nəticədə Kərimovun sərnişini, həmkəndlisi Savad Kərimova aldığı xəsarətdən hadisə yerində ölüb.
Ağcabədidə ağır yol qəzası olub, bir nəfər ölüb

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Ağcabədidə ağır yol qəzası olub, bir nəfər ölüb.

Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən yaydığı məlumata görə, iyulun 8-də saat 10:30 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində qəsəbə sakini Oktay Həmidovun idarə etdiyi "KamAZ" markalı və İmamqulubəyli kənd sakini Eldəniz Kərimovun idarə etdiyi "VAZ-21013" markalı avtomaşınlar toqquşub.

Nəticədə Kərimovun sərnişini, həmkəndlisi Savad Kərimova aldığı xəsarətdən hadisə yerində ölüb.

Ağcabədi rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti