Ağstafada yol qəzasında 2 nəfər ölüb, bir nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir K.Zərbalıyeva/
Ağstafada yol qəzasında 2 nəfər ölüb, bir nəfər xəsarət alıb.
Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, iyulun 8-də saat 08:00 radələrində Ağstafa rayonu ərazisində Xaliq Həsənovun idarə etdiyi "VAZ-2106" markalı və Tovuz rayon sakini Camal İsmayılovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşub.
Nəticədə İsmayılov və sərnişini, Tovuz rayon sakinləri - Əli Hüseynov hadisə yerində ölüb, xəsarət almış digər sərnişini Zakir Sadıqov isə xəstəxanaya yerləşdirilib.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
Xəbər lenti
Ombudsman Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin üzvləri ilə görüş keçirib (FOTO)
La Sapienza Roma Universitetinin məzunu Mingəçevir Dövlət Universitetində fəaliyyətə başlayıb (FOTO)