...

Azərbaycanda bu il fövqəladə hadisələrin statistikası açıqlanıb

Hadisə Materials 18 İyul 2011 12:47 (UTC +04:00)
Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) bu ilin birinci yarısı üzrə statistik hesabatını açıqlayıb
Azərbaycanda bu il fövqəladə hadisələrin statistikası açıqlanıb

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) bu ilin birinci yarısı üzrə statistik hesabatını açıqlayıb.

Trend-in FHN-in rəsmi saytına istinadən yaydığı məlumata görə, bu ilin birinci yarısında Azərbaycanda 20 partlayış hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 32 nəfər xəsarət alıb.

Hesabat dövründə ölkədə baş verən yanğınların sayı isə 2521 olub. Nəticədə 30 nəfər ölüb, 60 nəfər xəsarət alıb.

Cari ilin birinci yarısında təbii və texnogen mənşəli hadisələrin sayı 2619 hadisə təşkil edib. Nəticədə 36 nəfər həlak olub, 102 nəfər xəsarət alıb, 33 nəfər xilas edilib.

Xəbər lenti

Xəbər lenti