...

Tibb Universitetinin yaxınlığında yanğın baş verib

Hadisə Materials 30 İyul 2011 11:28 (UTC +04:00)
Tibb Universitetinin yaxınlığında yanğın baş verib. Bu barədə şənbə günü Trend-ə Bakı şəhər yanğından mühafizə idarəsindən məlumat verilib.
Tibb Universitetinin yaxınlığında yanğın baş verib

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir T.Hacıyev/

Tibb Universitetinin yaxınlığında yanğın baş verib. Bu barədə şənbə günü Trend-ə Bakı şəhər yanğından mühafizə idarəsindən məlumat verilib.

Məlumatda deyilir ki, səhər saat 09:30 radələrində Bakı şəhər Nəsimi rayonu Tobçubaşov küçəsi, 21 ünvanda yerləşən binanın dördünсü mərtəbsindəki mənzillərin birində yanğın baş verib. Hazırda hadisə yerində yanğınsöndürən maşınlar işləyir. Yanğın zamanı mənzildən iki nəfər təxliyə olunub, ölən və ya xəsarət alan yoxdur.

Yanğın nəticəsində 80 kvadratmetrlik mənzilin 12 kvadratmetrlik hissəsinin yanar konstruksiyalar, mebellər və digər ev əşyaları yanıb.

Yanğın FHN-in yanğınsöndürənləri tərəfindən söndürülüb.

Hazırda yanğının səbəbi araşdırılır.

Xəbər lenti

Xəbər lenti