Azərbaycan, Bakı, 1 avqust /Trend/
Respublika Hərbi Komissarlığının şöbə rəisinin müavini, polkovnik-leytenant Etibar Nuriyev korrupsiya faktı ilə əlaqədar saxlanılıb. Bu barədə Trend-ə hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib.
Mənbənin sözlərinə görə, Nuriyev vaxtilə Cəlilabad rayon hərbi komissarının müavini vəzifəsində çalışıb və həmin vəzifədə çalışarkən buraxdığı səhvlərə görə saxlanılıb.
Onun barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.
Respublika Hərbi Komissarlığının şöbə rəisinin müavini korrupsiya faktı ilə əlaqədar saxlanılıb
Respublika Hərbi Komissarlığının şöbə rəisinin müavini, polkovnik-leytenant Etibar Nuriyev korrupsiya faktı ilə əlaqədar saxlanılıb.
