...

Gürcüstanda Türkiyənin quru yük gəmisi saxlanılıb

Hadisə Materials 2 Avqust 2011 13:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 avqust /Trend/

Gürcüstanın sərhəd polisi Türkiyə bayrağı altında üzən BARKO quru yük gəmisini saxlayıb. Bu barədə Trend-ə Gürcüstanın sərhəd polisindən məlumat verilib. Gəmi Batumi limanının 8-ci yanalması yaxınlığında dəniz akvatoriyasının çirkləndirilməsi səbəbindən saxlanılıb.

Gəmi kapitanı, Türkiyə vətəndaşı Taskin Ercana qarşı inzibati iş qaldırılıb. O, 65 min lari cərimə ediləcək.

Cərimə ödənildikdən sonra gəmi azad şəkildə üzə biləcək. Lakin gəmi hələ ki Batumi limanının cərimə yanalmasındadır.

Xəbər lenti

Xəbər lenti