...

Bakıda günvurmadan bir nəfər ölüb

Hadisə Materials 3 Avqust 2011 13:41 (UTC +04:00)
Bakının Qaradağ rayon sakini Qaryağdı Ələkbərov gün vurması ilə əlaqədar xəstəxanaya gətirilib və orada ölüb
Bakıda günvurmadan bir nəfər ölüb

Azərbaycan, Bakı, 3 avqust /Trend/

Bakının Qaradağ rayon sakini Qaryağdı Ələkbərov gün vurması ilə əlaqədar xəstəxanaya gətirilib və orada ölüb. Bu barədə çərşənbə günü Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Son 15 gündə Azərbaycanda anomal isti hava şəraiti davam edir. Əksər ərazidə havanın temperaturu gündüz 42, bəzi yerlərdə isə 44 dərəcə təşkil edir. Sinoptiklər havanın temperaturunun bu gecedən 5-10 dərəcəyədək enəcəyini proqnozlaşdırır.

Xəbər lenti

Xəbər lenti