...

Azərbaycanda avtomobil oğurluğu ilə məşğul olan Gürcüstan vətəndaşları saxlanılıb

Hadisə Materials 4 Avqust 2011 12:40 (UTC +04:00)
Azərbaycanda avtomobil oğurluğu ilə məşğul olan Gürcüstan vətəndaşları saxlanılıb
Azərbaycanda avtomobil oğurluğu ilə məşğul olan Gürcüstan vətəndaşları saxlanılıb

Azərbaycan, Bakı, 4 avqust /Trend/

Azərbaycanda avtomobil oğurluğu ilə məşğul olan Gürcüstan vətəndaşları saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə bildiriblər ki, avqustun 3-nə keçən gecə Sumqayıt şəhəri ərazisindən Qubadlı rayon sakini Kamran İdrisova məxsus "Ford Tranzit" markalı avtomaşın qaçırılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin 722 saylı Daimi Postunda xidmət aparan əməkdaşlar tərəfindən həmin avtomaşını idarə edən Gürcüstan vətəndaşları Murad Ağayev və Polad Allahverdiyev saxlanılaraq aidiyyatı üzrə təhvil veriliblər.

Xəbər lenti

Xəbər lenti