...

Gəncədə yol polisinin iki əməkdaşı bıçaqlanıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 16 Avqust 2011 17:32 (UTC +04:00)
Bu barədə Trend-ə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Gəncədə yol polisinin iki əməkdaşı bıçaqlanıb (ƏLAVƏ OLUNUB)

Üçüncü abzasdan sonra Daxili İşlər Nazirliyinin məlumatı əlavə olunub (ilk xəbər saat 17:13-də yayılıb).

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Dünən axşam Gəncədə yol polisinin iki əməkdaşı bıçaqlanıb.

Bu barədə Trend-ə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Gəncə şəhər Baş Polis İdarəsindən Trend-ə məlumatı təsdiq ediblər və bildiriblər ki, xəsarət almış polis əməkdaşları xəstəxanaya yerləşdiriliblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Trend-ə bildirib ki, ötən axşam saat 01:00 radələrində şəhərin Şah İsmayıl Xətai prospektində xidmətdə olan Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinin əməkdaşları, kiçik polis serjantları Asim Əliyev və Vüsal Alıyev yaxınlıqdakı binanın qarşısında bir qrup şəxsin mübahisə etdiyini görüb, ictimai asayişi qorumaq məqsədilə onlara yaxınlaşıblar.

Polis əməkdaşları həmin şəxsləri qayda-qanuna riayət etməyə çağırıb.

Zahidovun sözlərinə görə, mübahisə edənlərdən biri polis əməkdaşlarına bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıblar.

Hər iki polis əməkdaşı xəstəxanaya çatdırılıb. Əliyevin üzərində cərrahiyyə əməliyyatı aparılıb, vəziyyəti orta-ağırdır. Alıyevin vəziyyəti isə qənaətbəxşdir.

Nazirlik rəsmisi bildirib ki, hadisəni törədənlərin şəxsiyyəti artıq müəyyən olunub, onların tutulması üçün əməliyyat-axtarış tədbirləri aparılır.

Xəbər lenti

Xəbər lenti