...

Türkiyə hərbi avtomobil karvanı minaya düşüb, ölən və yaralılar var

Hadisə Materials 17 Avqust 2011 12:29 (UTC +04:00)
Türkiyənin Hakkari-Çukurca avtomobil yolunda hərbi avtomobil karvanının hərəkəti zamanı partlayış baş verib
Türkiyə hərbi avtomobil karvanı minaya düşüb, ölən və yaralılar var

Azərbaycan, Bakı, 17 avqust

Türkiyənin Hakkari-Çukurca avtomobil yolunda hərbi avtomobil karvanının hərəkəti zamanı partlayış baş verib.

Trend-in "Sabah" a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində bir əsgər ölüb, bir neçə nəfərin yaralanıb.

Yaralıların sayı barədə isə heç bir məlumat verilməyib. Hadisədən sonra bölgəyə əlavə hərbi qüvvələr dislokasiya olunub.

Son günlər PKK-nın Hakkari bölgəsində mina və bombalı hücumlarının ardınca Türkiyə Silahlı Qüvvələri əraziyə minaya qarşı qorumalı nəqliyyat vasitələri göndərib.

Xəbər lenti

Xəbər lenti