...

Bakıda Rəşid Behbudov və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində ağır yol qəzası törədən şəxs saxlanılıb

Hadisə Materials 24 Avqust 2011 11:03 (UTC +04:00)
Bakıda, Rəşid Behbudov və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində bir maşının yanması ilə nəticələnən ağır yol qəzası törədən şəxs saxlanılıb
Bakıda Rəşid Behbudov və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində ağır yol qəzası törədən şəxs saxlanılıb

Azərbaycan, Bakı, 24 avqust /Trend/

Avqustun 22-də axşam saat 18.00-19.00 radələrində Bakıda, Rəşid Behbudov və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində bir maşının yanması ilə nəticələnən ağır yol qəzası törədən şəxs saxlanılıb.

Bakının Nəsimi rayonu ərazisində ağır yol qəzası törədən şəxs saxlanıldı. Nəsimi rayon prokurorunun köməkçisi Günay Səlimzadənin Trend-ə bildirib ki, yol qəzasını törədən "Mercedes S-class" markalı avtomobilin sükanı arxasında 19 yaşlı Nicat Ruzigar oğlu Məmmədzadə olub.

Onun barəsində Cinayət Məcəlləsinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma (263.2) və yol nəqliyyat hadisəsi yerindən qaçma (264) maddələri ilə cinayət işi başlanıb.

Avqustun 22-də saat 18:00 radələrində Nəsimi rayonu ərazisində, Bakı şəhər sakini Babək Nəbiyevin idarə etdiyi "Hyundai XG 350" markalı və naməlum sürücünün idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub.

Sonradan "Mercedes" markalı avtomaşın yolun kənarında dayanıb, Bakı şəhər sakini Amil Kərimova məxsus "VAZ-21015" markalı avtomaşına dəyib.

Nəticədə "Hyundai XG 350" markalı avtomaşının sürücüsü Babək Nəbiyev hadisə yerində ölüb.

"Mercedes" markalı avtomaşının isə mühərrik hissəsində yanğın baş verib. Hadisəni törədən sürücü hadisə yerindən qaçmışdı.

Xəbər lenti

Xəbər lenti