...

Bakıda 29 yaşlı gənc bədbəxt hadisə nəticəsində ölüb

Hadisə Materials 24 Sentyabr 2011 10:35 (UTC +04:00)
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Bakıda 29 yaşlı gənc bədbəxt hadisə nəticəsində ölüb

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda 29 yaşlı gənc bədbəxt hadisə nəticəsində ölüb.

Nərimanov rayon prokurorluğundan şənbə günü Trend-ə verilən məlumata görə, Neftçala rayon sakini 1982-ci il təvəllüdlü Təhmiraz Cəfərov iş prosesində avtokranın qarmağına keçirilmiş beton borunu nizamlayarkən yaxınlığından keçən yüksəkgərginlikli elektrik xəttinə toxunub və elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti