...

Bakıda bəzi küçə və prospektlərdə tıxaclar yaranıb

Hadisə Materials 1 Oktyabr 2011 12:53
Bakıda bu gün səhər saatlarında yağan güclü yağış nəticəsində bəzi küçə və prospektlərdə tıxaclar yaranıb.
Bakıda bəzi küçə və prospektlərdə tıxaclar yaranıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda bu gün səhər saatlarında yağan güclü yağış nəticəsində bəzi küçə və prospektlərdə tıxaclar yaranıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin inspektoru Razi Zeynalov şənbə günü Trend-ə bildirib ki, paytaxtın "Azneft" dairəsi, Azərbaycan prospekti, Heydər Əliyev prospektində köməkçi yolda (şəhər istiqamətinə), Bakıxanov küçəsi, Gənclik metrosunun ətrafı, Təhsil Nazirliyinin qarşısında hazırda tıxaclar var.

İdarədən bildirilib ki, yol patrul xidmətinin əməkdaşları avtomobillərin hərəkətini tənzimləmək üçün həmin küçə və yollarda fəaliyyət göstərirlər.

Yol polisi sürücülərə qeyri-sabit hava şəraiti zamanı avtomobili ehtiyatlı idarə etməyi tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti