Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir A.Tağıyeva/
Bir qrup naməlum silahlı şəxs İraqın qərbində Ramadi şəhərində polis məntəqəsinə hücum edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Əl-Cəzirə" telekanalı xəbər yayıb.
İlkin məlumatlara görə, hücum nəticəsində ölən və yaralananlar olub. Onların sayı dəqiqləşdirilir.
Hadisə yerində təhqiqat aparılır.