...

Əlcəzair hakimiyyəti nümayişlərin təşkilində şübhəli bilinən 17 nəfəri həbs edib

Hadisə Materials 6 Oktyabr 2011 12:29 (UTC +04:00)
Əlcəzair hakimiyyəti dünən ölkə paytaxtında kütləvi nümayişlər təşkil etməyə cəhd edən 17 nəfəri həbs edib. Bu barədə Trend "Əl-Cəzirə" telekanalına istinadən məlumat verir.
Əlcəzair hakimiyyəti nümayişlərin təşkilində şübhəli bilinən 17 nəfəri həbs edib

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Əlcəzair hakimiyyəti dünən ölkə paytaxtında kütləvi nümayişlər təşkil etməyə cəhd edən 17 nəfəri həbs edib. Bu barədə Trend "Əl-Cəzirə" telekanalına istinadən məlumat verir.

Nümayişçilər islahatların keçirilməsi tələbi ilə paytaxtdakı meydana toplaşmağı planlaşdırıblar.

İlin əvvəlindən Yaxın Şərqin və Şimali Afrikanın bəzi ölkələrində, o cümlədən Tunis, Misir, Bəhreyn, Yəmən, Liviya və Suriyada həmin ölkələrdə fəaliyyət göstərən rejimlərə qarşı kütləvi iğtişaşlar və etiraz aksiyaları keçirilir. Xalq üsyanları artıq Misirdə, Tunisdə və Liviyada hakim rejimlərin çökməsinə gətirib çıxarıb. Hazırda Suriyada hakimiyyətlə silahlı üsyançılar arasında amansız mübarizə gedir.

Xəbər lenti

Xəbər lenti