Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakı polisi səyyar ticarətlə məşğul Çin vətəndaşına qarşı soyğunçuluq etmiş şəxsi saxlayıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, oktyabrın 9-u saat 23:00 radələrində Salyan yolunda naməlum şəxs Çin vətəndaşı Vu Şu Yangın içərisində 100 manat dəyərində müxtəlif xırdavat malları olan səbətini əlindən alaraq soyğunçuluq edib.
Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elbrus Heydərov oktyabrın 10-da tutulub.
Faktla bağlı cinayət işi başlanıb.