...

Azərbaycan əsgəri hərbi təlim zamanı xəsarət alıb

Hadisə Materials 24 Oktyabr 2011 18:42 (UTC +04:00)
Azərbaycanda Daxili Qoşunların əsgəri hərbi təlim zamanı xəsarət alıb.
Azərbaycan əsgəri hərbi təlim zamanı xəsarət alıb

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda Daxili Qoşunların əsgəri hərbi təlim zamanı xəsarət alıb.

Daxili Qoşunların mətbuat xidmətinin rəisi Təranə Məmmədova bazar ertəsi Trend-ə bildirib ki, Müşfiq qəsəbəsi ərazisində yerləşən Atəş Təlim Mərkəzində təlim zamanı Daxil Qoşunların əsgəri 19 yaşlı Elxan Şərifxan oğlu Əliyev xidməti silahı ilə ehtiyatsız davranması nəticəsində yaralanıb.

Əsgər hospitala yerləşdirilib və əməliyyat olunub, vəziyyəti stabildir.

Əliyev 2010-cu ildə Siyəzən rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti