...

Bakıda oğurluq edən şəxslər saxlanılıb

Hadisə Materials 1 Noyabr 2011 11:03 (UTC +04:00)
Bakıda oğurluq edən şəxslər saxlanılıb.
Bakıda oğurluq edən şəxslər saxlanılıb

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda oğurluq edən şəxslər saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, sentyabrın 14-də Xudu Məmmədov küçəsində yaşayan Teymuraz Ələkbərovun mənzilindən pəncərədən keçmə yolu ilə 6000 manat, 8500 ABŞ dolları və 1700 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Xətai rayon Polis İdarəsinin və 36-cı polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Samir Soltanov oktyabrın 31-də tutulub.

Oktyabrın 19-na keçən gecə Zahid Xəlilov küçəsində yerləşən Bakı şəhər sakini Ramin Məmmədova məxsus mağazadan qapını sındırma yolu ilə 1000 manat və danışıq kartları oğurlanıb.

Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Göyçay rayon sakini Ağamusa Məsimov və Cəlilabad rayon sakini Nahid Bağırov oktyabrın 31-də tutulublar.

Hər iki fakt üzrə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti