Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda cəzaçəkmə müəssisəsində narkotik maddə aşkar edilib.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, noyabrın 1-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1987-ci il təvəllüdlü, məhkum Şirəliyev Nurlan Tumarxan oğlunun yataq yerinə baxış keçirilən zaman çarpayısının üstündə olan yastığın içərisindən 14 ədəd gümüşü kağıza bükülü xalis çəkisi 0,367 qram olan narkotik maddə - "heroin" aşkar edilərək götürülüb.
Şirəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3; maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.