Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Göygöldə 43 yaşlı qadın dəm qazından boğulub.
Göygöl rayon prokurorluğundan cümə günü Trend-ə verilən məlumata görə, rayonun Yeni Zod kənd sakini 1968-ci il təvəllüdlü Rəsmiyyə Hüseynova hamamda çimərkən dəm qazından boğulub.
Faktla bağlı prokurorluğda araşdırma aparılır.