Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda və Sabirabadda ağır yol qəzaları olub.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən şənbə günü yaydığı məlumata görə, noyabrın 4-də saat 00:20 radələrində Xəzər rayonu ərazisində Bakı şəhər sakinləri Asif Məmmədovun idarə etdiyi "VAZ-2106" və Məzahir Bayramovun idarə etdiyi "Toyota RAV-4" markalı avtomaşınlar toqquşub.
Nəticədə "Jiquli"nin sürücüsü hadisə yerində ölüb, xəsarət almış Bayramov və sərnişinləri - oğlu 7 yaşlı Zülfüqar və qardaşı Oruc xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.
Noyabrın 4-də saat 21:00 radələrində Sabirabad rayonu ərazisində rayon sakinləri Süleyman Məmişovun idarə etdiyi "VAZ-2107" və Vüsal Mehdiyevin idarə etdiyi "QAZel" markalı avtomaşınlar toqquşub.
Nəticədə "VAZ-2107"-nin sürücüsü və sərnişini Rauf Şahverənov hadisə yerində ölüb, xəsarət almış digər üç sərnişin isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.
Bakıda və Sabirabadda ağır yol qəzaları olub
Bakıda və Sabirabadda ağır yol qəzaları olub.
