...

İranda qar çovğunu zamanı yolda qalmış 60 azərbaycanlı xilas olunub

Hadisə Materials 14 Noyabr 2011 13:20 (UTC +04:00)
İranın Ərdəbil əyalətində səfərdə olan və Ləngan magistralında qar çovğunu nəticəsində yolda qalan 60 Azərbaycan vətəndaşı xilas olunub.
İranda qar çovğunu zamanı yolda qalmış 60 azərbaycanlı xilas olunub

Azərbaycan, Bakı, 14 noyabr / Trend müxbir T.Cəfərov/

İranın Ərdəbil əyalətində səfərdə olan və Ləngan magistralında qar çovğunu nəticəsində yolda qalan 60 Azərbaycan vətəndaşı xilas olunub. Bunu İranın Qırmızı Aypara Təşkilatının sədri Mahmud Müzəffər deyib. Bu barədə Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat verir.

Onun sözlərinə görə, şaxta və donvurma təhlükəsi ilə üzləşmiş həmin şəxslər artıq isti yerlə təmin olunublar. "Həmin şəxslərə isti adyal, çorək, xurma və konservlər paylanılıb", - Müzəffər deyib.

Yolda qalmış Azərbaycan vətəndaşlarının arasında qadınlar və uşaqlar da olub. Onların vəziyyəti qənaətbəxşdir.

Məlumata əsasən, qar çovğunu nəticəsində İranın Şərqi Azərbaycan, Gilan, Tehran və Əlborz əyalətlərində də son bir neçə gün ərzində çoxlu sayda yolda qalanlar olub. Bununla yanaşı, həmin əyalətlərdə bəzi magistral yollarda hərəkət dayandırılıb.

Xəbər lenti

Xəbər lenti