...

Azərbaycanda dəm qazından dörd nəfər zəhərlənib

Hadisə Materials 16 Noyabr 2011 13:25 (UTC +04:00)
Azərbaycanda dəm qazından dörd nəfər zəhərlənib.
Azərbaycanda dəm qazından dörd nəfər zəhərlənib

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda dəm qazından dörd nəfər zəhərlənib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə bildirilib ki, noyabrın 15-də Sumqayıt şəhərinin "Qurd dərəsi" adlanan bağlar sahəsində yaşayan Elnarə Babayeva evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib, vəziyyəti qənaətbəxşdir.

Yasamal rayonu ərazisində yaşayan Rauf Güləlizadə evində hamamda çimərkən dəm qazından boğulub.

Məlumata görə, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki yataqxanada yaşayanlar Elşən Orucov və Kəmalə Bağırova dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib, vəziyyətləri ağırdır.

Xəbər lenti

Xəbər lenti