...

Türkiyədə avtobus aşıb, ölənlər var

Hadisə Materials 17 Noyabr 2011 11:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir A.Tağıyeva /

Bu gün səhər Türkiyənin Bingöl şəhərində sərnişin avtobusu aşıb. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti xəbər verib.

İlkin məlumatlara görə, qəza nəticəsində yeddi sərnişin həlak olub, çoxlu sayda yaralı var. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Xəbər lenti

Xəbər lenti