Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir E.Mehdiyev/
Sumqayıtda cümə günü 5 nəfər balıqdan zəhərlənib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə bildiriblər ki, noyabrın 18-də Sumqayıt şəhəri Təzə Kotec qəsəbəsi ərazisindən, qəsəbə sakinləri Rəşad Hacıyev, onun oğlu 3 yaşlı Ərşad, İlkin Ələkbərov, Şəhanə İbadova və onun bacısı Gülbanu yedikləri balıqdan zəhərlənmə ilə xəstəxanaya gətirilib, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda beş nəfər balıqdan zəhərlənib
Sumqayıtda cümə günü 5 nəfər balıqdan zəhərlənib
