Azərbaycan, Bakı, 20 noyabr /Trend/
Azərbaycanı 2008-ci ildə "Eurovision" Mahnı Müsabiqəsində təmsil edən Samir Cavadzadə polis tərəfindən saxlanılıb. Bu barədə Nəsimi rayon Prokurorluğundan Trend-ə bildiriblər ki, Samir Cavadzadə otaq yoldaşı Elvin Hüseynovu bıçaqlaması faktı ilə əlaqədar şənbə günü saxlanıb.
Məlumata görə, Cavadzadənin bazar ertısi Nəsimi Rayon Məhkəməsinə çıxarılacağı gözlənilir.
Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb. Əgər onun cinayəti məhkəmə tərəfindən sübuta yetirilərsə, Samir Cavadzadə 3 ildən 8 ilə kimi azadlıqdan məhrum edilə bilər", - deyə İlham Paşayev bildirib.
Cavadzadə hadisə baş verən zaman da saxlanılmışdı, lakin cinayəti sübuta yetirilmədiyi üçün buraxılmışdı.