...

İranda yük qatarı relsdən çıxaraq aşıb

Hadisə Materials 30 Noyabr 2011 16:51 (UTC +04:00)
Tehran-Xürrəmşəhr istiqamətində hərəkət edən yük qatarı Lorestan şəhəri yaxınlığında relsdən çıxaraq aşıb.
İranda yük qatarı relsdən çıxaraq aşıb

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir T.Cəfərov/

İranda Tehran-Xürrəmşəhr istiqamətində hərəkət edən yük qatarı Lorestan şəhəri yaxınlığında relsdən çıxaraq aşıb. Bu barədə Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, hadisə nəticəsində həmin istiqamətdə sərnişin qatarlarının hərəkətində məhdudiyyətlər yaranıb. Hazırda hadisə yerində bağlanmış yolun açılması üzrə iş gedir.

Məlumatda yük qatarının hansı məhsulu daşıdığı qeyd olunmayıb.

Xəbər lenti

Xəbər lenti