Azərbaycan, Bakı, 15 dekabr / Trend, müxbir K.Zərbalıyeva/
Bakıda ağır yol qəzası olub, 1 nəfər ölüb, iki nəfər xəsarət alıb.
Trend-in Daxili işlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, dekabrın 14-də saat 12.10 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində, şəhər sakinləri Nizami Süleymanovun idarə etdiyi "Mersedes" və Ramin Cəbrayılovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub.
Sonradan Süleymanov idarəetməni itirərək hadisə yerinin yaxınlığında olan Yardımlı rayon sakini Səbail Rüstəmov və Bakı şəhər sakini Hüseyn Musayevi vurub.
Nəticədə Musayev hadisə yerində ölüb, xəsarət almış Cəbrayılov, habelə Rüstəmov xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.
Bakıda ağır yol qəzası olub, ölən və xəsarət alan var
Bakıda ağır yol qəzası olub, 1 nəfər ölüb, iki nəfər xəsarət alıb.
