...

Rusiyada adamöldürmə cinayəti ilə axtarışda olan şəxs Bakıda saxlanılıb

Hadisə Materials 15 Dekabr 2011 12:33 (UTC +04:00)
Rusiyada adamöldürmə cinayəti ilə axtarışda olan şəxs Bakıda saxlanılıb.
Rusiyada adamöldürmə cinayəti ilə axtarışda olan şəxs Bakıda saxlanılıb

Azərbaycan, Bakı, 15 dekabr / Trend, müxbir K.Zərbalıyeva/

Rusiyada adamöldürmə cinayəti ilə axtarışda olan şəxs Bakıda saxlanılıb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Sankt-Peterburq şəhər Daxili İşlər İdarəsi tərəfindən Rusiyanın Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Abbassoylu (Abbasov) Müqabil Sadıq oğlu Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi əməkdaşları tərəfindən tutulub.

O, Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti