Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Ordusunun əsgəri minaya düşərək yaralanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə bildirib ki, bu gün günorta saatlarında cəbhənin Ağdam rayonu istiqamətində Azərbaycan Ordusunun əsgəri, 1992-ci il təvəllüdlü Quluzadə Elvin Abbas oğlu piyada əleyhinə minaya düşərək yaralanıb.
Əsgər hərbi hospitala yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Quluzadə 2010-cu ilin oktyabr ayında Biləsuvar rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.
Azərbaycan Ordusunun əsgəri minaya düşüb
Azərbaycan Ordusunun əsgəri minaya düşərək xəsarət alıb
