Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda bir gündə iki intihar hadisəsi qeydə alınıb.
Lənkəran rayon prokurorluğundan şənbə günü Trend-ə bildiriblər ki, dekabrın 23-də Lənkəran şəhər sakini 1970-ci il təvəllüdlü Nəsrullayeva Amina Aydın qızı yaşadığı evdə özünü asıb. Onun meyitini əri yaşadığı evdə tapıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb.
Ağdam rayon prokuruluğundan isə şənbə günü Trend-ə bildiriblər ki, dünən rayonun Zəngişalı kənd sakini 1983-cü il təvəllüdlü Səfərov İlham Allahverdi oğlu, həmkəndlisi, qohumu Səfərov Adigözəl Mövsüm oğluna məxsus həyətyanı sahədə ağacdan asaraq intihar edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb.