Azərbaycan, Bakı, 26 dekabr / Trend, müxbir K.Zərbalıyeva/
Bakıda mənzildən oğurluq edən qadın saxlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, dekabrın 23-də K.Əhmədov küçəsində yaşayan Sevda Əliyevanın mənzilindən 1455 manat və qızıl-zinət əşyaları oğurlanıb.
Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Nazilə Şəfiyeva dekabrın 24-də tutulub.
Bakıda mənzildən oğurluq edən qadın saxlanılıb
Bakıda mənzildən oğurluq edən qadın saxlanılıb.
