...

Bu gün Bakıda iki gənc bıçaqlanıb, 1 nəfər ölüb

Hadisə Materials 27 Dekabr 2011 16:49 (UTC +04:00)
Bu gün günorta saatlarında Bakıda iki gənc bıçaqlanıb.
Bu gün Bakıda iki gənc bıçaqlanıb, 1 nəfər ölüb

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün günorta saatlarında Bakıda iki gənc bıçaqlanıb.

Nərimanov rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, bu gün saat 14:00 radələrində rayonun Həsən Əliyev küçəsində Bakı şəhər sakinləri - 1989-cu il təvəllüdlü İbrahim Yəhyayev və Elman Hacıbabayev naməlum şəxslər tərəfindən bıçaqlanıblar.

Onlar ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətiriliblər.

Yəhyayev xəstəxanada aldığı xəsarətdən dünyasını dəyişib. Mərkəzdən Trend-ə bildirilib ki, Hacıbabayev hazırda əməliyyat olunur.

Cinayəti törədən şəxslərin müəyyən edilib tutulması üçün əməliyyat-axtarış tədbirləri görülür.

Xəbər lenti

Xəbər lenti