Azərbaycan, Bakı, 2 yanvar /Trend, müxbir E.Mehdiyev/
Yeni ilin ilk günü Azərbaycanda 6 nəfər dəm qazından zəhərlənib, iki nəfər isə ölüb.
Trend-in DİN-in rəsmi saytına istinadən yaydığı məlumata görə, yanvarın 1-də Xətai rayon sakini Anna Zemlyanskaya mənzilindən dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb.
Bundan əlavə, yavnvarın 1-də Ceyranbatan qəsəbə sakini Dayandur Süleymanov mənzilində dəm qazından boğularaq ölüb.
Yanvarın 1-də Sumqayıt şəhər sakinləri Qəmər Abıyeva, Nurəddin Rəhimov, Tural Vəliyev, Kəmalə Həsənova, Novxanı qəsəbə sakini Canpolad Zakirov, Gəncə şəhər sakini Rəşxəndə Hüseynova mənzillərindən dəm qazından zəhərlənmə diaqnozları ilə xəstəxanalara yerləşdiriliblər.