...

Qazaxıstanın Janaozen şəhərində fövqəladə vəziyyətin müddəti uzadıldı

Hadisə Materials 4 Yanvar 2012 11:16 (UTC +04:00)
Nursultan Nazarbayev Manqistau vilayətinin Janaozen şəhərində fövqəladə vəziyyətin müddətinin uzadılması haqqında fərman imzalayıb.
Qazaxıstanın Janaozen şəhərində fövqəladə vəziyyətin müddəti uzadıldı

Azərbaycan, Bakı, 4 yanvar /Trend, müxbir Y.Kosolapova/

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Manqistau vilayətinin Janaozen şəhərində fövqəladə vəziyyətin müddətinin uzadılması haqqında fərman imzalayıb.

Trend-in məlumatına görə, fövqəladə vəziyyət 31 yanvar saat 07:00-dək uzadılıb.

Ötən ilin mayından etibarən Janaozen şəhərinin yerləşdiyi Manqistau vilayətində neft şirkətlərinin işçiləri əməkhaqqının artırılması tələbi ilə bir neçə dəfə tətil keçiriblər. Məhkəmə tətilləri qanunsuz hesab edib, şirkətlər isə bir neçə min işçini işdən qovub.

İşçilərin narazılıqları dekabrın 16-da Janaozendə kütləvi iğtişaşlara səbəb olub. Nəticədə 16 nəfər ölüb, 100-dən artıq insan xəsarət alıb. Şəhərdə onlarla bina, avtomobil yandırılıb, fiziki və hüquqi şəxslərin əmlakı məhv edilib. Şəhərdə fövqəladə vəziyyət elan edilib. Əvvəl fövqəladə vəziyyət yanvarın 5-dək davam edirdi.

Xəbər lenti

Xəbər lenti