...

Bakıda mənzillərdən oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb

Hadisə Materials 7 Yanvar 2012 12:02 (UTC +04:00)
Bakıda ötən il mənzillərdən oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb.
Bakıda mənzillərdən oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb

Azərbaycan, Bakı, 7 yanvar /Trend müxbir K.Zərbalıyeva/

Bakıda ötən il mənzillərdən oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən şənbə günü Trend-ə verilən məlumata görə, sentyabrın 28-də Səməd bəy Mehmandarov küçəsində Sevda Süleymanovaya məxsus mənzildən qapının kilidini sındırma yolu ilə 500 manat və qızıl-zinət əşyaları, noyabrın 22-də isə Əliağa Şıxlınıski küçəsində yerləşən Məhəmməd Osmanova məxsus mənzildən qapını sındırma yolu ilə qızıl-zinət əşyaları oğurlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Gəncə şəhər Baş Polis İdarəsi və Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Gürcüstan vətəndaşı Vaxtanq Bukukişvili yanvarın 6-da Gəncə şəhərində tutulub.

Xəbər lenti

Xəbər lenti