Azərbaycan, Bakı, 9 yanvar /Trend müxbir K.Zərbalıyeva/
Abşeron rayonunda fəhlə hündürlükdən yıxılaraq ölüb.
Abşeron Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, Xırdalan şəhərində kirayədə yaşayan Tovuz rayon sakini, 1969-cu il təvəllüdlü Məzahir Qasımov "İlin 4 fəsli" MMC-yə məxsus "Yeni Bakı" şəhərciyində təmir-tikinti işləri apararkən hündürlükdən yıxılıb və aldığı xəsarətdən hadisə yerinə ölüb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin əmək mühafizəsi qaydalarını pozma (162-ci) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.