Azərbaycan, Bakı, 10 yanvar /Trend müxbir K.Zərbalıyeva/
Bakıda ötən ilin iyununda törədilən qətlin üstü açılıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ötən il iyunun 29-da Əbilov küçəsində Bakı şəhər sakinləri Babaəli Qəmbərov mübahisə zəminində Eyvaz Həkimovu ov tüfəngindən atəş açaraq qətlə yetirib.
Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə axtarışda olan Babaəli Qəmbərov Maştağa qəsəbəsində yerləşən, bibisi Ziba Cabbarovaya məxsus bağ evində yaxalanıb.
Ondan 1 ədəd patronu ilə birlikdə lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar edilərək götürülüb.