Azərbaycan, Bakı, 10 yanvar /Trend müxbir K.Zərbalıyeva/
Şəmkirdə 4 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvarın 9-da Şəmkir rayonunun Şiştəpə kəndində kənd sakini 4 yaşlı İmran Vəliyevin üstünə dəmir qapı düşüb.
Xəstəxanaya yerləşdirilmiş Vəliyev orada ölüb.