Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Qaradağda ağır yol qəzası olub, 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvarın 9-da saat 11:00 radələrində Qaradağ rayonunun Şıxlar qəsəbəsi ərazisində rayon sakini Ərzuman Pirquliyevin idarə etdiyi "QAZ-31105" və Kürdəmir rayon sakini İlqar Məmmədovun idarə etdiyi "Mercedes-200" markalı avtomaşınlar toqquşub.
Nəticədə Pirquliyev xəstəxanaya aparılarkən yolda ölüb, Məmmədovun xəsarət almış sərnişini Qılman Nuruyev isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.