Azərbaycan, Bakı, 13 yanvar /Trend müxbir K.Zərbalıyeva/
Bakıda musiqi müəlliməsinin qətlində şübhəli bilinən keçmiş həyat yoldaşı saxlanılıb.
Nizami rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, ötən gün saat 17:00 radələrində Nizami rayonu, 270 saylı musiqi məktəbinin qarşısında 1976-cı il təvəllüdlü Rəhimə İsmayılova bıçaqla qətlə yetirilib.
Onun keçmiş həyat yoldaşı İsmayılov Fəal Yadigar oğlu tərəfindən öldürüldüyü bildirilir.
İsmayılov polisin keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Hadisənin hansı zəmində baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120-ci) maddəsi ilə cinayət işi başlanıb.