...

İraqdakı terror aktında ölənlərin sayı 50-yə çatıb

Hadisə Materials 14 Yanvar 2012 16:54 (UTC +04:00)
İraqın cənubunda baş vermiş iri terror aktının qurbanlarının sayı 50 nəfərədək artıb, yüzdən artıq adam yaralanıb.
İraqdakı terror aktında ölənlərin sayı 50-yə çatıb

Azərbaycan, Bakı, 14 yanvar /Trend/

İraqın cənubunda baş vermiş iri terror aktının qurbanlarının sayı 50 nəfərədək artıb, yüzdən artıq adam yaralanıb. Trend-in məlumatına görə, bu barədə "Royter" agentliyi polisə istinadən məlumat yayıb.

Bundan əvvəl 32 nəfərin öldüyü barədə məlumat verilmişdi.

Polis paltarı geyinmiş intiharçı-terrorçu şənbə günü Bəsrə şəhərindəki nəzarət-buraxılış məntəqələrindən birindən keçən şiə zəvvarlar qrupunun yanında partlayıcı qurğunu işə salıb.

Terror aktı şiələr üçün müqəddəs gündə, yəni Məhəmməd Peyğəmbərin nəvəsi İmam Hüseynin vəfatının 40-cı günü ("Ərbəin") baş verib.

Xəbər lenti

Xəbər lenti