Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Ötən gecə Qaradağ rayonunda ağır yol qəzası baş verib.
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, Lökbatan-Heybət yolunda 2 "Hyundai" və "VAZ 2107" markalı avtomobillər toqquşub.
Nəticədə avtomobillərdə olan 4 nəfər - "Hyundai" avtomobillərinin sürücüləri 21 yaşlı Rəvan Axundov, 59 yaşlı Nizami Sadıqov, 19 yaşlı Aydan Fətullayeva və Minayə Xalıqova xəsarət alıb.
İlkin məlumata görə, qəzaya yüksək sürət səbəb olub.
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Xalıqova xəstəxanaya aparılarkən yolda ölüb.