...

Bakıda müalicə müəssisəsində məhkum ölüb

Hadisə Materials 24 Yanvar 2012 13:30 (UTC +04:00)
Bakıda müalicə müəssisəsində məhkum ölüb.
Bakıda müalicə müəssisəsində məhkum ölüb

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda müalicə müəssisəsində məhkum ölüb.

Nizami rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, yanvarın 22-də Penitensiar Xidmətin müalicə müəssisəsinə ağır vəziyyətdə gətirilən məhkum Afəri Əliyev bir saat sonra orada dünyasını dəyişib.

Məlumata görə, məhkum ürək çatışmazlığından əziyyət çəkirdi.

Ölümün səbəblərini müəyyən etmək üçün məhkəmə tibb ekspertizası təyin olunub.

Faktla bağlı prokurorluqda araşdırma aparılır.

Əliyev bir sıra ağır cinayətlərə görə ömürlük azadlıqdan məhrum edilmişdi.

Xəbər lenti

Xəbər lenti